2015-ci ilin dekabr ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 21651 yeni abonent qeydiyyata alınıb. Bunun 4498-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 17153-ü isə regionların payına düşüb. Bu barədə SİA-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən il əhali sektoru üzrə 104309 yeni abonent qeydiyyata alınıb: " Bu göstəricinin də 32773-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 71536-sı isə regionlar üzrə olmuşdur. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 835 173-ə çatıb. Ötən ilin dekabr ayında əhali sektoru üzrə 387 milyon 851 min 278 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 92,7 faiz təşkil edib".
Məlumatda həmçinin qeyd olunub ki, yanvarın 1-i tarixinə olan məlumata əsasən əhali sektoru üzrə 126554 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 341 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB