ADU-nun əməkdaşı “İlin peşakar gənci” mükafatına layiq görülüb FOTO

ADU-nun əməkdaşı “İlin peşakar gənci” mükafatına layiq görülüb FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) Xarici Dillər kafedrasının baş müəllimi Anar Rəhimov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (ATİAHİRK) bu il üzrə keçirilən "İlin peşakar gənci" fəxri adı uğrunda müsabiqədə fəal iştirakına görə fəxri fərmanla, həmçinin pul mükafatı ilə təltif edilib. SİA-nın məlumatına görə, ADU tərəfindən bu nominasiyaya xaricdəki uğurlu təhsili, peşəkar müəllimlik fəaliyyəti, Azərbaycanda və ölkə xaricində elmi əsərlərin, dərsliyin müəllifi olan Anar Rəhimov namizəd kimi təqdim olunub.

Qeyd edək ki, ATİAHİRK "İlin peşəkar gənci" fəxri adını təsis edib, onun əsasnaməsini təsdiqləyib. Əsasnaməyə görə, "İlin peşəkar gənci" fəxri adı əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər qazanan, özünəməxsus orijinal əsərlər yaradan, çalışdığı peşədə yüksək ustalığı ilə fərqlənən gənclərə verilir. Bundan əlavə, yaşı 20-dən 35-dək olan 3 ildən yuxarı əmək stajına malik, peşəkar fəaliyyətində müəyyən nailiyyətlər qazanan, rəhbərlik tərəfindən təltifləri əmək kitabçasında qeyd edilən gənclər bu fəxri ad uğrunda mübarizə apara bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə