Ötən il "ASAN xidmət" 260-dan çox lisenziya verib

Ötən il "ASAN xidmət" 260-dan çox lisenziya verib

2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 264 lisenziya verilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bu lisenziyaların 202-si Bakı şəhərinin, 62-si isə regionların payına düşür.

Qeyd edək ki, sahibkarlıq subyektlərinə lisenziyaların "ASAN xidmət" mərkəzləri tərəfindən verilməsinə 2015-il noyabrın 5-dən başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən lisenziyalar müddətsiz hesab edilir və onların verilməsi üçün rüsumların məbləğı orta hesabla 2 dəfə azaldılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə