Ali məktəb tələbələri arasında keçirilmiş futzal üzrə idman "Nə?, Harada? Nə zaman?" intellektual yarışları və "İlin peşəkar gənci" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasda Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkli Səttar Mehbalıyev çıxış edərək Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışmış, əldə olunmuş nailiyyətlərdən bəhs edib.
Turnirin keçirilməsində əsas məqsəd ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsinə dəstək vermək və tələbə-gənclərin intellektual səviyyələrini inkişaf etdirməkdir. "Nə?, Harada? Nə zaman?" intellektual oyununda Azərbaycan Dövlət İqtisad Universitetinin komandası I, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti II, Bakı Dövlət Universitetinin komandası isə III yerə çıxıb.
Ali məktəb tələbələri arasında futzal yarışı artıq 11-ci ildir ki təşkil olunur. Yarışın birinci mərhələsi ali təhsil müəssisələrində fakültələr arasında, ikinci mərhələsi isə ali məktəblər arasında keçirilir. Bu yarışın təşkil olunmasında da məqsəd gənclərdə idmana marağın yaradılması, onların asudə vaxtlarının səmərəli təşkilidir. Futzal yarışında respublikanın 20-dən artıq ali təhsil müəssisəsinin komandası iştirak edib. Yarışın nəticələrinə görə Bakı Dövlət Universiteti I, Azərbaycan Dövlət İqtisad Universiteti II, Gəncə Dövlət Universiteti komandası isə III yeri tutub.
Tədbirdə həmçinin "İlin peşəkar gənci" müsabiqəsində yüksək nəticələr göstərmiş 20 nəfər ümumi orta və ali təhsil müəssisələrinin müəllimləri mükafatlandırılıb və onlara fəxri fərmanlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB