19 kiloqramdan çox narkotik vasitə aşkarlandı

Bakı Şəhər Baş Polis İdarəsi məlumat yaydı
19 kiloqramdan çox narkotik vasitə aşkarlandı

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Mərhəmət Sədirovdan 5,15, Bakı sakinləri Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum olunan Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zənbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkarlanıb.

BŞBPİ-dən SİA-ya verilən məlumata görə, araşdırma zamanı onların Bakı sakini Zaur Aslanova məxsus Şüvələn qəsəbəsindəki bağ evindən velosiped, qədim samovar, 3 mis məcməyi, külqabı, 2 xəncər, geyim və elektron məişət əşyaları oğurladıqları müəyyənləşdirilib.

Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə