Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:38-də qeydə alınıb.

Zəlzələ Yardımlıdan 20 km şimalda İran ərazisində olub. Lakin təkanlar Azərbaycan ərazisində, episentirə yaxın yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.

Bu yeni ildə baş verən ilk zəlzələ deyil. Belə ki, yanvar ayının 8-də saat 04.45-də Saatlıdan 37 km şimali-şərqdə, Hacıqabul rayonu ərazisində də təkanlar qeydə alınıb. Yeraltı təkan 3.1 maqnitudada, 47 km dərinlikdə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə