Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun (AzGF) maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nəzdində Sağlam Həyat Tərzü üzrə Gənc Təlimçilərin Resurs Mərkəzinin təşkilatı dəstəyi ilə Gədəbəy rayonunda "YAŞAtmağı Bacar " adlı ilkin tibbi yardımla bağlı layihə həyata keçirilib.
SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində keçirilən təlimlər rayonun Plan, Miskinli, Çalburun kənd orta məktəblərində baş tutub. Layihənin rəhbəri Türkan Nəsibovanın sözlərinə görə layihənin əsas məqsədi rayon məktəblilərini fövqaladə hallar zamanı ilkin tibbi yardımla bağlı maarifləndirməkən ibarətdir.
Teyyubə Adıgözəlova tərəfindən keçirilən təlimlərin sonunda şagirdlərə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB