"Diplomatik etiket" layihəsi icra olunur

"Diplomatik etiket" layihəsi icra olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə "Diplomatik etiket" adlı layihə icra olunur.

SİA-nın verdiyi xəbərə görə, layihə rəhbəri BDU Tələbə Gənclər Təşkilatının sədr müavini İsmayıl Kərimovdur. Layihənin məqsədi beynəlxalq münasibətlər üzrə təhsil alan tələbələrə diplomatik sahə üzrə praktik biliklərinin artırılmasıdır. Tədbirdə iştirak edən tələbələrin əksər hissəsi BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri idi. Onlara diplomatiyanın tarixi, əsas anlayışları və praktik təcrübədə rast gələn məqamlar haqqında məlumatlar verildi.

Layihə rəhbəri İsmayıl Kərimov bildirdi ki, təhsil müddətində əsasən elmi nəzəri biliklərə yiyələnən tələbələr bu sahədə çalışmaq üçün praktik biliklərə də malik olmalıdırlar.

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış və çap edilmiş bukletlər təqdim edildi.

Təlimin sonunda xatirə şəkili çəkilib

Bütün xəbərlər Facebook səhifəmizdə