“SƏS” qəzeti bir neçə nəsil jurnalistin yetişdiyi bir kollektivdir" TƏBRİK

“SƏS” qəzeti bir neçə nəsil jurnalistin yetişdiyi bir kollektivdir" TƏBRİK

Əziz dostlar!

Azərbaycanın media aləmində özünəməxsus yer tutan "SƏS" qəzetinin yaradıcı kollektivini, başda hörmətli Bəhruz Quliyev olmaqla 25 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram. Qeyd etmək istəyirəm ki, "SƏS"in öz aydın dəsti xətti var. "SƏS" deyəndə bu müstəqil Azərbaycanımızın tarixi kimi başa düşülür, buna görə də bu yubiley eyni zamanda müstəqilliyi dərk edən,sevən ,onun şirinliyini duyan çoxsaylı oxucu ordusunun bayramıdır. "SƏS" qəzeti bir neçə nəsil jurnalistin yetişdiyi bir kollektivdir, dəyişməz qalan isə onun mövzularının aktuallığı,qərəzsizlik və öz oxucusuna və təbii ki Vətənə sədaqətidir. Təbii ki, "SƏS" qəzeti bu günki gücünə,qüvvətinə və oxucu sevgisinə asan nail omayıb,öz oxucularını düşünürək,çətin problemlərdən bəhs edərək,onların həlli yollarını göstərərək,təbəssüm və təbriklər bəxş edərək,çətin anlarda bir yerdə olaraq, bir sözlə birgə addımlayaraq qəlib. Qeyd etmək lazımdır ki, "SƏS" qəzeti böyük potensiallı peşəkarlardan təşkil edildiyi üçün daha əzəmətli və güclüdür.Məhz buna görə də çox hörmıtli Bəhruz müəlim başda olmaqla müasir texnologiyalardan istifadə edərək zaman və məkanla düzgün və cəsarətlə addımlayır və buna görə də oxucu ilə daha çevik qarşılıqlı əlaqə yarada bilir. Bir daha təbrik edirəm və yaradıcı kollektivinizə,onların ailə üzvlərinə möhkəm can sağlığı, xoşbəxt anlar arzulayıram. Həmişə oxucularınız üçün belə maraqlı,gülərüz, dəqiq və qərəzsis olasınız. Müvəffəqiyyətlər.

Hörmətlə, Arzu Nağıyev-TREND İnformasiya Agentliyinin baş direktorunun müavini

Bütün xəbərlər Facebook səhifəmizdə