"Günəşli" yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. "Azneft" İstehsalat Birliyindən (İB) SİA-ya verilən məlumata görə, axtarışları Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi davam etdirir.
"Axtarışlar hələlik nəticə verməyib. "Günəşli" yatağındakı yanğının söndürülməsi ilə BP-yə məxsus 2 gəmi məşğul olur. Hadisə yerində həmçinin Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi monitorinq aparır"- deyə, məlumatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB