Bakıda poçt şöbəsi qarət edilib. Oğurluq hadisəsi "Azərpoçt" MMC-nin 3 saylı filialının 32 saylı poçt şöbəsində baş verib. Əhmədli kəndi, Şahin Səmədov küçəsində yerləşən şöbə naməlum şəxslər tərəfindən qarət edilib. Tikiliyə soxulan qarətçilər oradan 110 manat, 200 dollar və poçt marakalarını aparıblar.
Poçt şöbəsinin qarət olunduğunu görən sakinlər polisə məluat veriblər. Əraziyə gələn 34-cü polis bölməsinin əməkdşalrının araşdırmaları zamanı məlum olub ki, oğrular binanın yan tərəfindəki pəncərənin dəmir baraqlıqlarını qıraraq içəri keçiblər. Buna kimi isə, işlərini ehtiyyatla görən həmin şəxs və ya şəxlər poçtun siqnalizasiya sisteminin kabelini də kəsiblər.
Hazırda fakt üzrə araşdırmalar və zəruri istintaq tədbirləri keçirilir. Hələlik oğurluqda şübhəli bilinən heç kim saxlanılılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB