İnqilab Kərimovun barəsində cinayət işi başlanıb

İnqilab Kərimovun barəsində cinayət işi başlanıb

Yanvarın 7-də Fransada məskunlaşmış Azərbaycan Respublikası vətəndaşı Kərimov İnqilab Qüdrət oğlunun "Facebook" sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı – tapançanı nümayiş etdirərək Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də "İŞİD" terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Azərbaycan Respublikasının Baş Prokurorluğunda həmin faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırda cinayət işi üzrə Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilərək İ.Kərimov Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə