Azərbaycanda beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycanda beynəlxalq elmi konfrans keçiriləcək

Martın 30-dan aprelin 2-dək Şamaxı şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi və Şamaxı rayonu İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı" mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək. AMEA Tarix İnstitutunun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:

Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı;

Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1918-ci illər soyqırımları.

Konfransın materialları çap olunacaq. Konfransda iştirak etmək üçün məruzələrin tezisləri yanvarın 30-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Tezislərin həcmi 3 səhifədən artıq olmamalı və elektron variant [email protected] və [email protected] e-mail ünvanlarına göndərilməlidir. Tezisin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Tezislərin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə