Daha 54 əlil mənzillə təmin ediləcək

Daha 54 əlil mənzillə təmin ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişlidə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasının tikintisi başa çatıb. Şəhərin Z.Əliyeva küçəsində tikilən binanın inşasına 2015-ci ilin əvvəlində başlanılıb. Altı mərtəbəli, 54 mənzilli yaşayış binasında mənzillər iki otaqlıdır. Hazırda mənzillər mebel və digər avadanlıqla təmin olunur, binanın həyəti abadlaşdırılır.

İşlər başa çatdıqdan sonra mənzillər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə