Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Sosial Təhlükəsizliyinizin Təminatı" adlı layihənin açılış tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP GB ofisinin koordinatoru Elmar Məmmədov İKT sahəsini günümüzün aktual sahəsi olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Sosial Təhlükəsizliyinizin Təminatı" adlı layihənin aktual olduğunu qeyd edib.
Daha sonra layihə rəhbəri Əfqan Noçuyev bu layihə haqqında ətraflı məlumat verib və interaktiv lövhədə sosial şəbəkələrdə təhlükəsizlik qaydaları ilə bağlı məsələləri iştirakçıların nəzərinə çatdırıb. Tədbir layihədə iştirak edən gənclərin sualları ilə müzakirəli şəkildə davam edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB