"Bu qərar evlərin satış qiymətinə təsir etməyəcək". Bu barədə SİA-ya əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev məlumat verib.
Bu il yanvarın 1-dən Azərbaycanda qüvvəyə minən mənzil və qeyri-yaşayış sahələrinin satışı zamanı yeni qaydada ödəmə mənbəyində sadələşdirilmiş verginin tətbiqi ilə əlaqədar Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri təsdiq edilib.
Nazirlər Kabineti bununla əlaqədar sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinin təsdiq edilməsi haqqında qərar verib.
Məsələni şərh edən ekspert Rəşad Əliyev bildirib ki, zonalar bölümlə bir baxıma texniki səciyyə daşıyır və məqsəd mənzilin hansı zonada yerləşməsindən asılı olaraq ona uyğun əmsal tətbiq edə bilməkdir: "Vergi Məcəlləsində sadələşmiş verginin tətbiq edilməsi ilə bağlı baza məbləği müəyyən edilir. Notariusa baş vuran zaman onlar lazım olan vergini bir gün ərzində özləri tutur və vergi dövlət büdcəsinə daxil olur".
Onun sözlərinə görə, bu evlərin satış qiymətinə təsir etməyəcək: "Ümumi iqtisadiyyatda baş verən dəyişikliklər demək olar ki, bazara təsir etmədi. Manat devalvasiyası oldu lakin bu əmlak bazarında özünü göstərmədi. Ona görə də, bunun əmlak bazarına təsirindən danışmaq hələ tezdir".
Ekspertin sözlərinə görə, bu evlərin satış qiymətinə təsir etməyəcək: "Ümumi iqtisadiyyatda baş verən dəyişikliklər demək olar ki, bazara təsir etmədi. Manat devalvasiyası oldu lakin bu əmlak bazarında özünü göstərmədi. Ona görə də, bunun əmlak bazarına təsirindən danışmaq hələ tezdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB