Arzu Rəhimov qəbul keçirəcək

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A.Rəhimov yanvarın 21-də, saat 10:00-da xidmətin Şəmkir rayon şöbəsində Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 20-dək SHXÇDX-nin rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə