56168 müraciət öz həllini tapıb

56168 müraciət öz həllini tapıb

2015-ci il ərzində Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərinə 56168 müraciət daxil olub. SOCAR-dan SİA-ya verilən xəbərə görə, əsasən, "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi və "Azəriqaz" İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması ilə əlaqədar edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə