Rəsmi Ankara mətbuatda yayılan xəbərlərə aydınlıq gətirdi. Türkiyənin 2016-cı ilin iyun ayından etibarən Azərbaycana qarşı viza rejimi tətbiq edəcəyi gözlənilmir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat XİN-ə daxil olmayıb və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB