"Selen" Elmi-İstehsalat Birliyi ləğv olundu

"Selen" Elmi-İstehsalat Birliyi ləğv olundu

Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun "Selen" Elmi-İstehsalat Birliyi ləğv olunduğunu elan edib. Bu barədə SİA-ya Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Əhmədli şossesi, 622-ci küçə, ev 9 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, elmi-istehsalat birliyi Nazirlər Kabinetinin 15.12.2015-ci il 379 saylı qərarına əsasən ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə