Suyunuz kəsilməyəcək

Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin yerinin dəyişdirilməsi işləri texniki məsələlərlə bağlı təxirə salınıb. "Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar 07 yanvar 2016-cı il tarixdə Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafı, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu ərazilərinin içməli su təchizatı dayandırılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə