5 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus" avtobusları hərəkət istiqamətini dəyişib. SİA-nın xəbərinə görə, "BakuBus" MMC-dən verilən məlumatda bildirilib ki, avtobuslar müvəqqəti olaraq "JW Marriott" Abşeron otelin arxa küçəsi ilə hərəkət edir.
Buna səbəb Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB