"Günəşli" yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. "Azneft" İstehsalat Birliyindən (İB) SİA-ya verilən xəbərə görə, bu gün axtarışları Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi aparır.
Bildirilib ki, axtarışlarla yanaşı "Günəşli" yatağında yanğının söndürülməsi ilə bağlı işlər davam etməkdədir. Belə ki, BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 gəmisi həmin ərazidə monitorinq aparır. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB