Ovlanmasına icazə verilən xəzli heyvanların sayı açıqlanıb

Ovlanmasına icazə verilən xəzli heyvanların sayı açıqlanıb

Keçən il Azərbaycanda ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, 2015-ci ildə ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların ümumi sayı 146 163 baş olub.

Ovlanması üçün icazə verilən xəzli heyvanlardan sayına görə birinci yerdə çaqqal durur. Belə ki, keçən il üçün 39 146 çaqqalın ovlanmasına icazə verilib.

Sonrakı yerlərdə dovşan (33 240 baş), tülkü (19 662), canavar (17 640), qunduz (12 190), vəhşi pişiklər (7 760), porsuq (6 793), yenot (4 990), dələ (3 380), sincab (960), qonur ayı (402) qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə