Azərbaycan dünəndən bu günə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi "Azərbaycan dünəndən bu günə" adlı layihə icra olunur.

SİA xəbər verir ki, layihə üzrə tədbirlər Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə təşkil olunub. Layihə rəhbəri Sərxan Məmmədov tədbir iştirakçılarına layihənin məqsəd və vəzifələrində danışıb. Onun sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurları müqayisəli şəkildə təhlil etməkdən ibarətdir.

Layihədə iştirak edən tələbə gənclər müxtəlif formatda təhlil işini apararaq Azərbaycanın mədəniyyət, iqtisadiyyat, turizm və ictimai həyatın müxtəlif sahələrində əldə edilmiş uğurları əks etdirən fotomateriallar, statistik məlumatlar və müxtəlif təhlil məqalələri təqdim ediblər.

Layihə rəhbəri tərəfindən hazırlanan bukletlər tədbir iştirakçılarına təqdim edilib. Bukletdə layihə üzrə bir sıra məlumatlar əks olunub.

Diskussiya formatında təşkil olunan tədbirin sonunda xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə