Tapılmış neftçilərin meyitlərini gətirəcək təyyarə yola düşüb

Tapılmış neftçilərin meyitlərini gətirəcək təyyarə yola düşüb

Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitlərini gətirmək üçün yola düşüb. SİA-nın məlumatına görə, bu barədə nazirlik xəbər yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib. Bundan sonra cəsədlər Kiyanlı dəniz limanına aparılıb, onlara ilkin baxış zamanı birinin geyiminin üzərində "Azneft" sözləri yazıldığı müəyyən olunub.

Məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti tapılıb.

Qeyd edək ki, meyitlərdən biri yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar olunub.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı "Kursor" gəmisi Xəzər dənizinin Türkmənistan sahillərindən 65 kilometr uzaqda kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Topaz Leqenda" gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədin üzərində olan xilasedici geyimində "Azneft" yazısı müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə