İsmayıllı rayonunun Lahıc yolunda, Namazgah kəndi ərazisində qar uçqunu baş verib. Nəticədə yol tamamilə bağlanıb. Rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayevin verdiyi məlumata görə, hazırda əraziyə çoxlu sayda texnika cəlb olunub, yolun açılması istiqamətində iş görülür.
Bildirilib ki, qarın hündürlüyü İsmayıllı şəhərində 45 santımetrə, rayonun şimal hissəsində isə 70-75 santımetrə çatıb. Qarın ağırlığına tab gətirməyən işıq naqillərində problemlər yaranıb. Nəticədə 12 yaşayış məntəqəsində işıqlar tamamilə sönüb, hazırda mütəxəssislər tərəfindən enerjinin bərpası istiqamətində iş aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB