Ümumlikdə cəmiyyət tərəfindən 91 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası sahiblərinə verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, "Aqrolizinq" ASC-nin Gəncə Regional Bazasında 66 hüquqi və fiziki şəxsə 63 ədəd yerli istehsal olan Belarus tipli MTZ markalı, 12 ədəd "New Holland" markalı traktorlar, 2 ədəd kombayn və 15 ədəd müxtəlif kənd təsərrüfatı texnikası təqdim edilib. Sənədlərin verilməsi və nömrələrin alınması prosesi "ASAN xidmət" vasitəsilə onlayn şəkildə aparılıb. "Bir pəncərə" sistemi ilə 50 fermer və sahibkara 500 min manat məbləğində güzəştli kredit də verilib. Fermerlər traktor və kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə verilməsi şərtlərindən razıdırlar.
Qərb bölgəsi üzrə 38 istifadəçiyə lizinqlə verilən 89 müxtəlif texnikanın 50 ədədi fermerlərin mülkiyyətinə verilib.


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB