Səbailli uşaqların qış tətilləri maraqlı tədbirlərlə keçəcək FOTOLAR

Səbailli uşaqların qış tətilləri maraqlı tədbirlərlə keçəcək FOTOLAR

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin qış tətili günlərində bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. SİA-nın xəbərinə görə, tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayonda yerləşən orta məktəb şagirdlərinin Azərbaycan Tarixi Muzeyinə, İçəri şəhərdəki Miniatyur Kitab Muzeyinə və Şirvanşahlar Saray Kompleksinə pulsuz ekskursiyaları təşkil olunmuş və RİH tərəfindən tərtib edilmiş qrafik əsasında məktəblərin ekskursiyaları keçiriləcək.

Artıq bu gündən etibarən uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Səbail RİH tərəfindən "Alov Qüllələri" Kompleksindəki "Sinema-klub" kinoteartrında 3 D həcmli uşaq filmlərinin pulsuz nümayişi təşkil olunmuşdur. İlk tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları iştirak etmişlər. Hər gün 150 nəfər uşaq üçün keçiriləcək kinoseanslarda Səbail rayon məktəbliləri ilə yanaşı həm də UAFA təşkilatının üzvü olan fiziki qüsurlu uşaqlar da iştirak edəcəklər. Seans zamanı uşaqlara həm də iş adamlarının hədiyyəsi olaraq pulsuz meyvə şirəsi və popkorn veriləcək.

Qış tətili günlərində 1500 nəfər uşağın pulsuz filmlərə baxması və 2000-dən çox uşağın isə muzeylərə ekskursiyaları təşkil olunması nəzərdə tutulub.

Bu kimi tədbirlərin keçirilməsi valideynlərin ürəyindən olub, onlar bu təşəbbüsə görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə