Məcburi köçkünlərə bayram sovqatı verilib FOTO

Məcburi köçkünlərə bayram sovqatı verilib FOTO

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Təhsil Nazirliyi tərəfindən Göygöldə yaşayan ümumilkdə 1250 kəlbəcərli məcburi köçkünə bayram sovqatı verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə Təhsil Nazirliyinin nümayəndələri bayram sovqatını Göygöl rayonun 2 saylı internat məktəbinin binasında məskunlaşan kəlbəcərli məcburi köçkün ailəsinə təqdim edib. Burada bayram sovqatı tərtib edilən siyahı üzrə 154 məcburi köçkün ailəsinə verilib.

Rayonun Murovdağ qəsəbəsində və eləcədə digər yaşayış yerlərində məskunlaşan kəlbəcərli məcburi köçkünlərə də yaddan çıxmayıb. Orada yaşayan məcburi köçkünlər də 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edilib, bayram sovqatı təqdim edilib.

Qeyd edək ki, bu ənənə təqvimdə olan bütün əlamətdar günlərdə, bayramlarda təşkil edilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə