Xəzər Dəniz Gəmiçiliyi məcburi köçkünlərə yardım aparıb

Xəzər Dəniz Gəmiçiliyi məcburi köçkünlərə yardım aparıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Goranboyda Gəmiçiliyin himayəsində olan Qarabağın müxtəlif rayonlarından olan 3350 məcburi köçkünə ərzaq yardımı aparıb. SİA-nın xəbərinə görə, Gəmiçilikdən bildirilib ki, bayram ərəfəsində keçirilən görüşdə doğma yurdlarını tərk etmiş həmvətənlərimiz dövlət qayğısına və daimi diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, dənizçilərə aydın səma və əmin-amanlıq arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə