Körpələr bayramı sevinclə qeyd etdilər FOTOLAR

Körpələr bayramı sevinclə qeyd etdilər FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi nəzdində fəliyyət göstərən "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi"ndə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirilib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı əvvəlcə mərkəzin fəaliyyəti barədə geniş məlumat verib, uşaqların inkişafı istiqamətində mərkəzdə aparılan işlərdən bəhs edib. Sonra bütün körpələri bayram münasibəti ilə təbrik edərək,bu körpələrə dəstək üçün gələn qonaqlara öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən İcra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva,YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Ramil Nağıyev,Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva,şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova, şəhər 5 saylı tam orta məktəbin müəlliməsi Sevil Bayramova,Salmanbəyli kənd tam orta məktəbin müəlliməsi Şəhanə Bədəlova hər iki bayram münasibəti ilə körpələri təbrik edərək,mərkəzin fəaliyyətini yüksək dəyərləndirib,inklüziv təhsil sahəsində dəyərli töhfələr verdiyini qeyd ediblər.

Yeni ilin simvolu Şaxta baba və Qarqızın gəlişi uşaqların böyük sevincinə səbəb olub.

Daha sonra mərkəzin balaca fidanlarının və şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin ifasında maraqlı musiqi nömrələri və səhnəciklər nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə