Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib. İdarədən SİA-ya verilən məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə respublikanın avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi artacaq. Bununla əlaqədar BDYPİ-i hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə, xüsusilə sürücüləri bayram günlərində sərxoş halda sükan arxasında əyləşməməyə, rayonlara səfərə çıxanlara isə müəyyən edilmiş sürət həddinə diqqət etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB