Dünyanın mədəniyyət mərkəzlərindən sayılan Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları xalqımızın Həmrəylik günü və yeni il bayramını qeyd edib. SİA-nın məlumatına görə, Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Mədəniyyətinin inkişaf və intibah fondu, Azərbaycan slavyan gənclər assosiyasiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil olunan Həmrəylik bayramı möhtəşəmliyi ilə yadda qalıb.
Tədbiri açan Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva üzrə icraçı direktoru, Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondunun sədri Şəmil Tağıyev qonaqların bayramını təbrik edib, yeni ildə hər kəsə uğurlar arzulayıb.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Haciyev isə Həmrəylik bayramın Azərbaycan xalqı üçün kəsb etdiyi əhəmiyyətə toxunub. Azərbaycan xalqının tarixində bu bayramın önəmini qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan slavyan gənclər assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiyev, Ümumrusiya Azərbaycan Kongresinin icraçı direktorunun gənclər üzrə müavini Cavid İbrahimov Həmrəylik günü bayramının özəlliyini qeyd ediblər. Gənclərə və tələbələrə qarşıdan gələn yeni ildə uğurlar arzulanıb.
Tədbir gənclərin hazırladığı musiqili nömrələrlə davam etdirilib.
Bayram şənliyi Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondu tərəfindən təşkilatın həyatında yaxından iştirak etmiş diaspor nümayəndələrimiz və tələbələrə fəxri diplomların verilməsi ilə davam etdirilib.
Sonda bayram tortu kəsilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB