Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı metropoliteni dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 1 saat artıq sərnişinlərə xidmət göstərəcək. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev SİA-ya bildirib ki, Bakı metrosu 31-i gecə saat 01:00-dək işləyəcək: "Belə ki, həmin gün Bakı Şəhər İcra Hakimiyyətinin Dənizkənarı Milli Parkda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirəcəyi şənlikdə iştirak edən sakinlərin rahatlığını təmin etmək məqsədilə metropoliten bu addımı atır. Sərnişin sıxlığı yaranarsa, vaxt daha da uzadıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB