FHN Şəmkirdə təlim keçirib FOTOLAR

FHN Şəmkirdə təlim keçirib FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələrinin iştirakı ilə 28-29 dekabr 2015-ci il tarixlərində Şəmkir Su Elektrik Stansiyasının ərazisində taktiki-xüsusi təlim keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı əlaqənin təşkilindən ibarət olub. Təlimə 286 nəfər şəxsi heyət və 36 ədəd texnika cəlb olunub.

Təlimi Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə