İtkin düşənlərin axtarışında ailə üzvləri də iştirak edib SON VİDEO
Neft Daşlarındakı 501 saylı və "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzalarla əlaqədar itkin düşənlərin ailə üzvləri müraciət edərək axtarış əməliyyatında iştirak etmək istədiklərini bildiriblər. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, müraciət Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən müsbət qiymətləndirilib. Bununla əlaqədar olaraq, həmin insanlar 29 dekabr 2015-ci il tarixində FHN-in 2 helikopteri və "AZAL" QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB