SOCAR-dan qaçqın və məcburi köçkünlərə bayram sovqatı

SOCAR-dan qaçqın və məcburi köçkünlərə bayram sovqatı

SOCAR-ın daim diqqət mərkəzində saxladığı sosial yönümlü məsələlərdən biri də hərbi təcavüz nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə qayğı göstərilməsidir. Hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri Şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları aparırlar. SOCAR-dan SİA-ya verilən xəbərə görə, artıq ənənə halını almış xeyriyyəçilik missiyasına sadiq qalan SOCAR tərəfindən bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Ağdam rayonunda yerləşən "Dördyol 1, 2", "Təzəkənd" və Yeni İmamqulubəyli qəsəbələrində məskunlaşan 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşan 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşan 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb.

Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilmişdir. SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, əmin olduqlarını bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaq.

Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə