Qərb ölkələrinin Yaxın Şərqdə başladıqları ədalətsiz müharibə İraq və Suriya ərazisində İŞİD adlı terrorçu qrupun yaranmasına səbəb oldu. SİA-nın verdiyi məlumata görə, bunu DPA agentliyinə müsahibəsində Almaniya Parlamentində – Bundestaqda Sol təmaüllü partiyalardan ibarət fraksiyanın həmsədri Sara Vaqenknext deyib.
"Əgər İraqda müharibə olmasaydı İŞİD də olmayacaqdı. Liviyanın bombalanması, Suriyanın daxilində çaxnaşma, qarşıdurma törədilməsəydi, İraqa hərbi müdaxilə baş verməsəydi terror təşkilatı bu qədər güclü olmazdı. Qərb, xüsusən də ABŞ ordusunun hərbçilərinin törətdikləri bu şeytana, qulyabanıya əlavə güc verdi", - deyə siyasətçi bildirib.
Qeyd olunub ki, Suriya və İraq ərazisin yaradılmış İŞİD 2006-cı ilin 15 oktyabr tarixində 11 qruplaşmanın birləşməsindən əmələ gəlib. Təşkilatın özəyini amerikalılarla döyüşlərdə aktiv iştirak etmiş suriyalı və iraqlı döyüşçülər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB