Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb

Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb

Milli Məclisin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciəti təsdiq olunub. SİA-nın məlumatına görə, müraciətdə qeyd olunur ki, Azərbaycanın dünyada söz sahibi olması bütün soydaşlarımızın qəlbini fərəh hissi ilə doldurur. Bildirilib ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli dünya azərbaycanlılarının birgə səyindən asılıdır. Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin inkişafına mane olan bu problemi aradan qaldıra bilər. Vurğulanıb ki, dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərinin, adət-ənənələrinin qorunması və birliyidir. Müraciətdə milli-mənəvi dəyərlərin qorunmasına çağırış edilib.

Daha sonra Milli Məclisin spikeri Oqtay Əsədov deputatlar adından Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib və Ona uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə