Yenidən hazırlanmış qanun layihəsi birinci oxunuşda qəbul olunub

Yenidən hazırlanmış qanun layihəsi birinci oxunuşda qəbul olunub

Milli Məclisin payız sessiyasının bu gün keçirilən son plenar iclasında yenidən hazırlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, layihə haqqında Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib. Bildirib ki, yeni İnzibati Xətalar Məcəlləsi 40 fəsil, 608 maddədən (əvvəlki 35 fəsil, 458 maddə idi) ibarətdir. O qeyd edib ki, yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, layihə təsdiqlənsə, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə