"BakuBus" MMC bayram günləri ilə əlaqədar sərnişin avtobuslarının iş vaxtını uzadacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, "BakuBus"un avtobusları bayram günü digər ictimai nəqliyyatlardan fərqli olaraq saat 02:00-dək çalışacaq: "Bildiyiniz kimi bütün ictimai nəqliyyat dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bayramla əlaqədar saat 01:00-dək işləyəcək. Biz isə avtobuslarımızın iş vaxtını saat 02:00-dək uzatmaq qərarına gəldik. Böyük sərnişin axını olarsa, avtobusların iş vaxtı yanvarın 1-də saat 03:00-dək uzadıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB