Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədi ilə dekabrın 4-də təbii fəlakət nəticəsində baş vermiş qəzalar zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardımların ödənilməsi dekabrın 29-da başa çatıb. SOCAR-dan SİA-ya verilən xəbərə görə, Maliyyə Nazirliyinin köçürdüyü vəsait, eləcə də həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılan 15 000 manat məbləğindəki birdəfəlik maddi yardımlar Şirkətin "Azneft" İstehsalat Birliyi, "Neftqaztikinti" Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim olunub.
Xəbər verdiyimiz kimi, dövlət tərəfindən ayrılan 15000 manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsinə başlayıb. Bu yardımların cari ilin sonuna qədər təqdim olunacağı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB