Bu gün Sabunçu rayonun bir neçə qəsəbəsinə qaz verilişində məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 219 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Balaxanı, Bilgəh, Maştağa, Pirşağı və Kürdəxanı qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB