Musa Quliyev: "Devalvasiya ilə bağlı müvafiq addımlar atılır" AÇIQLAMA

Musa Quliyev: "Devalvasiya ilə bağlı müvafiq addımlar atılır" AÇIQLAMA

"Həm hökumət, həm də banklar devalvasiyadan sonra əmanətçilərin itkilərini konpensasiya etməkdən ötrü lazımı addımları atır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev müxalifətin Naxçıvan Muxtar Respublikasında manatın devalvasiyası ilə bağlı qəbul edilmiş qərara münasibətini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi respublika həyatı üçün lazım olan qanun və qərarları qəbul etməkdə sərbəstdir: "Bu Naxçıvan əmanətçilərinin vəziyyətini nəzərə əlaraq atılmış çox xeyirxah bir addımdır və bunu sadəcə alqışlamaq lazımdır. Lakin müxalifətçi qüvvələr ölkə əhalisini, eyni zamanda əmanətçiləri qarşı-qarşıya qoymaq istəyir. Bu da müxalifətin xain xasiyyətindən irəli gəlir. Naxçıvanda əmanətçilərin sayı azdır və buna görə də onlara bu güzəştləri şamil etmək olar. Azərbaycanın digər bölgələrində də banklar gələcəkdə belə addımlar ata bilər.

Bu gün istər Azərbaycan hökuməti, istər Mərkəzi Bank, istərsə də özəl banklar hamısı çalışır ki, Azərbaycan vətəndaşlarının manatla qoyulan əmanətləri qorunsun, dollarla verilən kreditlərdə isə əhaliyə imkan daxilində güzəştlər edilsin. Mərkəzi Bank bununla bağlı özəl banklarla birgə görüş keçirərək öz tövsiyyələrini verir. Bütövlükdə bütün banklar çalışır ki, Azərbaycan vətəndaşları manatın devalvasiyasından çox əziyyət çəkməsinlər".

Deputat vurğulayıb ki, Azərbaycan dünyadan təcrid olunmuş şəkildə yaşamır və dünyanın bir çox ölkələrində baş verən proseslər Azərbaycana da təsir edir: "Devalvasiyadan hər kəs - həm dövlət, həm hökumət, həm banklar, həm də vətəndaşlar itirir. Hökumət və banklar bu itkinin təsirlərini konpensasiya etməkdən ötrü lazımı addımları atır. Müxalifət isə istənilən halda bu addımlara qarşı çıxmaqla dövlətçiliyə qarşı çıxırlar. Bu da onların xarakterindən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə