ÜAK-ın yeni internet portalı yaradılıb

ÜAK-ın yeni internet portalı yaradılıb

15 ildir fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin yeni internet portalı öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, dekabrın 24-də istifadəyə verilən saytın yaradılmasına dair qərar sentyabrda Konqresin ümumi iclasında qəbul edilib.

Saytın köhnə domeni (vakmos.org), loqosu və rəngi saxlanılsa da, sayt indi müasirlik və yığcamlılıq baxımından daha fərqli görünür. Saytın yeni versiyası mobil cihazlar üçün daha optimaldır. Regionlardakı diaspor nümayəndələrinin saytın köhnə versiyası ilə bağlı şikayətlərini nəzərə alaraq, saytda Rusiya Federasiyasının regionlarından olan xəbərlərə daha geniş yer ayrılıb.

Yeni saytda ÜAK haqqında ətraflı məlumat, yaradılma tarixi, idarəetmə orqanları, və fəaliyyət istiqamətləri barədə məlumat tapmaq, həmçinin, "Azərbaycan Konqresi" qəzetinin bütün nəşrlərinin buradan oxumaq mümkündür. Saytın "Bizə Yazırlar" bölməsində hər kəs öz problemləri barədə ÜAK-a müraciət ünvanlaya, hüquqi məsləhət ala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə