SOCAR neftçilərin ailələrinə birdəfəlik yardım ayırdı

SOCAR neftçilərin ailələrinə birdəfəlik yardım ayırdı

04.12.2015-ci il tarixində təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və "Günəşli" yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilən 15000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da birdəfəlik maddi yardım ayırıb. SOCAr-dan SİA-ya verilən xəbərə görə, şirkət prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və "Günəşli" yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olan və itkin düşən neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə