"Bakı Mertopoliteni" QSC metro stansiyalarında növbəti sosial aksiyaya başlayıb. SİA-nın xəbərinə görə, bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə tədbir keçirilir.
"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti jurnalistlərə və sərnişinlərə sürpriz etdi. Belə ki, tədbirdə Şaxta Baba və Qar qız "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər işçiləridir. Şaxta baba obrazında "Bakı Mertopoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız obrazında isə qurumun marketinq şöbəsinin rəisi Lala Babayevadır.
Qeyd edək ki, Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzəcək. Tədbir bir neçə gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB