SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan neftçilərdən son 3 nəfəri də Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) evə buraxılıb. MNX-nın mətbuat katibi Aytən Fətəliyeva bildirib ki, neftçilərin müalicələri başa çatıb: "Bütün neftçilər evə buraxılıb və ambulator müalicəyə göndərilənlərdən yenidən müraciət edənlər yoxdur".
Qeyd edək ki, dekabrın 4-də baş verən qəzada 8 nəfər həlak olub, 22 nəfər itkin düşüb. (apa)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB