Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xismətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində elektrik kabeli 15 p.m yanıb və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət köməkçi otaq qarsalanıb.
Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB